Abşeron Olimpiya İdman Kompleksində
təşkil olunan yeniyetmə taekvondoçuların açıq Bakı birinciliyinə yekun vurulub. Yarışda
48 komandadan 550 idmançı bacarığını nümayiş etdirib.Yeniyetmələr arasında milli
komandaya seçim xarakteri daşıyan turnirdə “Neftçi İdman Klubu”nun təmsilçiləri
5 qızıl, 3 bürünc medala yiyələniblər. Taekvondoçularımızdan 41 kiloqram çəki dərəcəsində
mübarizə aparan Pünhan Mürsəlov, Vaqif Hacıyev (45 kq), Şəfa Hüseynov (52 kq),
Nurgül Mirzəyeva (27 kq) və Ayşən Ağazadə (40 kq) bütün görüşləri qələbə ilə
başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizağa Nəsibov (33
kq), Ayxan Rüstəmov (63 kq) və Səma Səmidova (47 kq) isə paytaxt
birinciliyinin bürünc medalına layiq
görülüblər.