Aprelin 5-də Türkiyənin Antalya şəhərində start götürmüş cüdo üzrə beynəlxalq
Qran-pri turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində təmsil olunan cüdoçuları mötəbər yarışın 1 qızıl, 1 gümüş
və 1 bürünc medalına sahib olublar. Qadınların mübarizəsində İrina Kindzerska
(+78 kq) Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində
“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan
Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib.Kişilərin yarışında 73 kiloqram çəki dərəcəsində
ölkəmizi təmsil edən Rüstəm Orucov gümüş, Elmar Qasımov (100 kq) isə bürünc
medal medal qazanıb.Qeyd edək ki, Azərbaycan cüdoçuları Türkiyədə
baş tutan nüfuzlu turniri dörd medalla (1 qızıl, 1 gümüş , 2 bürünc) başa
vurublar.