Türkiyənin Samsun şəhərində paralimpiyaçılar
arasında keçirilən taekvondo üzrə altıncı dünya çempionatı başa çatıb.
Çempionata 10 idmançı ilə qatılan milli komandamız 8 medala yiyələnib.Qürurlandırıcıdır ki, böyük uğura imza atmış
komandamızın tərkibi bütünlüklə “Neftçi İdman Klubu”nun paralimpiyaçılarından təşkil
olunub. İdmançılarımızdan Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (+75 kq),
qadınlar arasında isə Aynur Məmmədova (58 kq) bütün rəqiblərini məğlub edərək
dünya çempionu adını qazanıblar. Yalnız final görüşündə qələbəni əldən verən Xəzər
Mirzəyev (75 kq) gümüş medala layiq görülüb. Digər parataekvondoçularımız Namiq
Abbasov (61 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq)və Röyalə Fətəliyeva (49 kq) isə çempionatı 3-cü yerdə başa
vurublar.Qeyd edək ki, millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc
medal qazanmaqla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra
2-ci, qadınlar arasında isə Rusiya və Türkiyə yığmasının ardından 3-cü pillədə
qərarlaşıb.