Boks
Mərkəzində yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçirilib. Paytaxt
və respublikanın müxtəlif bölgələrini təmsil edən 50-yə yaxın komandanın
qatıldığı yarışda 268 idmançı qüvvəsini sınayıb. Altı gün davam edən
birincilikdə 2003-2004-cü illər təvəllüdlü yeniyetmələr 13 çəki dərəcəsi üzrə
mübarizə aparıblar.Klubumuzun
dəri əlcək sahibləri ölkə birinciliyinin ikisi qızıl, üçü gümüş və ikisi bürünc
olmaqla yeddi medalını qazanıblar. 46 kiloqram çəki dərəcəsində çıxış edən
Nihat Ağakişiyev və Əli Ələsgərli (50 kq)
bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini
yaşayıblar. Yalnız həlledici görüşdə məğlub olan Səid Abdullayev (48 kq),
Bəylər Bayramov (60 kq), Kamal Abdullayev (+80 kq) gümüş, Ümid Bayramov (48 kq)
və Qasım Qasımov (52 kq) isə bürünc medala layiq görülüblər.Qeyd edək
ki, yeniyetmə boksçularımız komanda hesabında ikinci yeri tutublar.