Fevralın
27-də Bakı İdman Sarayında start götürmüş cüdo üzrə gənclər arasında Azərbaycan
birinciliyinə yekun vurulub.Əlli bir
klubdan 276 cüdoçunun qatıldığı yarışda “Neftçi
İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimiz
ölkə birinciliyinin 3 qızıl, 3 gümüş və 8 bürünc medalına sahib olublar. İdmançılarımızdan
Davud Abbaslı (66 kq), Vüsal Şamilov (81 kq) və Zelim Tckayev (90 kq) bütün rəqiblərini məğlub
edərək Azərbaycan çempionu adını qazanıblar.Qeyd edək
ki, “Neftçi İdman Klubu”nun cüdoçuları komanda hesabında ikinci yeri tutublar.