Almaniyanın
Düsseldorf şəhərində keçirilən cüdo üzrə beynəlxalq “Böyük dəbilqə” turnirinə yekun vurulub. Yarışda
93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.Bu nüfuzlu
yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub. İdmançılarımız turnirdə böyük
əzm nümayiş etdirərək 4 medala (1qızıl,
3 bürünc) sahib olublar.Qürurverici
haldır ki, bütün medalları ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri
qazandırıblar. İdmançılarımızdan finala qədər maneəsiz irəliləyən Məmmədəli
Mehdiyev (90 kq) həlledici görüşdə yaponiyalı Sanşiro Muraonu məğlub edərək
“Böyük dəbilqə” turnirinin qalibi olub. Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev
(100 kq) və İrina Kindzerska (+78 kq) isə
bürünc medala layiq görülüblər.