İspaniyanın
Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku
turniri başa çatıb. Yarışda 25 ölkədən 488 idmançı
medallar uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu, 73 kiloqram
çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Vüqar Talıbov yalnız həlledici
final mərhələsində məğlub olub və mötəbər turnirin gümüş medalını qazanıb.