Türkiyənin
Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı sona yetib.Azərbaycan
komandası mundialda 3 medala yiyələnib ki, onların da hamısını ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirmələri qazandırıblar. Paralimpiyaçılarımızdan Nicat
Müslümov (75 kq) yalnız həlledici final mərhələsində məğlub olub və gümüş
medala layiq görülüb. Elimxan Manafov (75 kq) və Röyalə Fətəliyeva (49 kq) isə
bürünc medala sahib olublar.