“Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında ilin son yarışını
keçirdi. Mini-futbol idman növü üzrə təşkil olunan turnir 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdu. Yarışda 9 komanda qalib
adı uğrunda mübarizə aparırdı. “A” qrupunda Ekologiya İdarəsi, SOCAR
Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, “Bos Şelf” MMC, “Neftqaztikinti”
Tresti, “Bahar Enerji” Əməliyyat Şirkəti, “B” qrupunda isə “Azneft” İstehsalat Birliyi, Nəqliyyat İdarəsi, “Suraxanı
Oyl”Əməliyyat Şirkəti və “Qaz
İxrac” İdarəsinin komandaları yer almışdılar.Suraxanı
qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman kompleksində keçirilən
yarışda finala vəsiqəni “Suraxanı Oyl” və Nəqliyyat İdarəsinin komandaları
qazandılar. Aşkar üstünlüyü ilə seçilən və rəqibini 7:1 hesabı ilə darmadağın
edən “Suraxanı Oyl” komandası
mini-futbol turnirinin qalibi adını qazandı. Nəqliyyat İdarəsi 2-ci, “SOCAR
Petroleum” komandası isə 3-cü yeri tutdu.Klubumuz
tərəfindən “ən yaxşı oyuncu”, “ən məhsuldar oyunçu” və “ən yaxşı
qapıçı” nominasiyaları üzrə mükafatlar da təsis olunmuşdu. Bu mükafatlara
müvafiq olaraq, Ehtiram Quliyev (Nəqliyyat İdarəsi), Ramin İsmayılov (“SOCAR
Petroleum” QSC) və Gennadi Adamov (“Suraxanı Oyl”Əməliyyat Şirkəti) layiq görüldülər.Sonda keçirilən mükafatlandırma mərasimində “Neftçi İdman
Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək
yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun
adından təbrik etdi. Onlara turnirdə fəal iştirak etdiklərinə görə dərin
minnətdarlığını bildirən klub rəsmisi yarış iştirakçılarına qarşılamaqda
olduğumuz yeni ildə uğurlar dilədi. Sonra o, qalib komandaları qələbə
münasibətilə təbrik etdi.Birinci,
ikinci və üçüncü yerləri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən
kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.