“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr
arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Üç gün
davam edən yarışda 56 klubdan 562 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə
aparıb.”Neftçi
İdman Klubu”nun təmsilçisi, 81 kiloqram çəki dərəcəsində çıxış edən Adil
Adilzadə bütün rəqiblərinə qalib gələrək Bakı çempionluğunun sevincini yaşayıb.Paytaxt birinciliyinin qalib və
mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin medal və diplomları təqdim olunub.