Hövsan
Olimpiya İdman Kompleksində yeniyetmələr (2003-2004) arsında keçirilən boks üzrə turnir başa çatıb.
Əməkdar məşqçi Süleyman Süleymanovun şərəfinə həsr olunmuş yarışda 275 idmançı
qalib adı uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yeniyetmə boksçuları 5-i qızıl, 2-si gümüş, 3-ü isə bürünc
olmaqla turnirin 10 medalını qazanıblar. Təmsilçilərimizdən 40 kiloqram çəki
dərəcəsində çıxış edən Çingiz Əsgərov, Nihat Qurbanlı (42 kq), Səid Abdullayev
(48 kq), Əli Ələsgərli (50 kq) və Rəmiş Cəfərov (75 kq) bütün qarşılaşmalardan
qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.