“Neftçi İdman Klubu”nun
təmsilçisi Cavanşir Ağakişiyev İranın paytaxtı Tehranda gənclər arasında
keçirilən qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışlarında bürünc
medala yiyələnib.Qrupda keçirdiyi altı  görüşdən dördündə qələbə qazanan idmançımız 1/16
finalda qazaxıstanlı Bakdaulet Kuralbekuli, 8/1 finalda türkiyəli Umut Kaya,
4/1 finalda isə Honkonq idmançısı Zau Jia Jin Kelvin Rey üzərində qələbə qazanaraq
yarımfinala yüksəlib. Bununla da dünya kubokunun bürünc medalını təmin edən sablyaçımız
bu mərhələdə belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə məğlubiyyətə
uğrayıb.