Rumıniyanın
paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.”Neftçi İdman Klubu”nun
Azərbaycan millisinin heyətində yer almış yunan-Roma güləşçisiİslam Abbasov böyük
əzmkarlıq nümayiş etdirərək mötəbər turnirin bürünc medalına sahib olub. 87
kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan pəhləvanımız Yaponiya
və Gürcüstan təmsilçiləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə
ukraynalı rəqibinə məğlub olan  güləşçimiz
Misir təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. O, ilk hissəni 0:3
geridə başa vursa da, ikinci hissədə sona yarım dəqiqə qalmış hesabı
bərabərləşdirməyə müvəffəq olub. Beləliklə, sonuncu xal prinsipinə əsasən, idmançımız
çempionatın  bürünc medalına layiq
görülüb.Qeyd edək ki,
ötən il keçirilən U-23 dünya çempionatında da İslam Abbasov eyni uğura imza
atmışdı.