“Neftçi İdman
Klubu”nun yetirməsi, dünya çempionuRəsul
ÇunayevMacarıstanın
paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal
qazanıb.Mübarizəyə səkkizdəbir finaldan
qoşulan idmançımız ardıcıl olaraq yapon və iranlı güləşçilərə qalib gələrək yarımfinala
yüksəlib. Bu mərhələdə ikiqat dünya çempionu olmuş Almaniya təmsilçisi Frank
Steblerə məğlub olan pəhləvanımız bürünc medal uğrunda görüşə çıxıb. Qarşılaşmada rusiyalı rəqibi
Abuiazid Mantsiqovla gərgin keçən mübarizədə inamlı qələbə qazanan Rəsul
Çunayev dünya üçüncüsü olub.