“Sərhədçi”
İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər
açıq çempionatı start götürüb. Yarışda 23 komandadan 253 cüdoçu (221 kişi, 32
qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun yetirmələri çempionatın ilk günündə 5 medala sahib
olublar. Kişilər arasında 66 kiloqram
çəkidə çıxış edən Xəyal Sadıqov və Orxan Quliyev (81 kq) bürünc medal
qazanıblar. Zəriflərin yarışında Şəfəq Məmmədova (57 kq) bütün rəqiblərini
məğlub edərək çempionatın qalibi adına
yiyələnib. Aytac Quluzadə (48 kq) gümüş, Ülviyyə Bayramova (57 kq) isə bürünc
medala layiq görülüb.