“Neftçi
İdman Klubu”nun təşkilatçılığı ilə oktyabrın 15-də start götürmüş neft, qaz və
kimya sənayesi işçilərinin XXVI Spartakiadası başa çatdı. 30 komandanın qatıldığı
mötəbər yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol,
stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts,
kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1412 iştirakçı mübarizə
aparırdı ki, onlardan da 334-ü qadınlar idi. Yarışlar Lökbatan qəsəbəsindəki
Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura” İdman Klubunda, güllə
atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına
Olimpiya Təlim-İdman Kompleksində keçirildi.Ümumi
komanda hesabında Heydər Əliyev adına Neft Emalı Zavodu (688,5 xal) XXVI
Spartakiadanın qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (632 xal) 2-ci,
“Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası (575 xal) isə 3-cü yeri
tutdu.Qalib və
mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli
xatirə hədiyyələri təqdim olundu.Bununla da
neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası öz işini sona
çatdırdı.