Oktyabrın 15-də start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadası davam edir. Klubumuzun təşkilatçılığı ilə keçirilən Spartakiadanın dördüncü günündə daha iki idman növü_- şahmat və dama üzrə qaliblər müəyyənləşib. Şahmat yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası fəxri kürsünün ən yksək pilləsinə qalxıb. Neft Kəmərləri İdarəsi ilə “Azərkimya” İstehsalat Birliyinin komandaları isə müvafiq olaraq, 2-ci və 3-cü yerləri bölüşdürüblər. Dama idman növündə “Azərkimya” komandası qalib adını qazanıb. “Siyəzənneft” NQÇİ 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutub.Spartakiadada mini-futbol, voleybol və stritbol yarışları davam edir. Oktyabrın 19-da isə daşqaldırma, darts, kəndirdartma, stolüstü tennis, nərd və güllə atıcılığı üzrə yarışlara start veriləcək.Qeyd edək ki, neft, qaz və kimya sənayesi işçilərinin XXVI Spartakiadasına cari ayın 21-də yekun vurulacaq.