Neft, qaz və kimya sənayesi işçilərinin XXVI
Spartakiadası öz işini davam etdirir. Klubumuzun təşkilatçılığı ilə Qaradağ Təlim-İdman
Bazasında keçirilən və 30 müəssisədən 1412 iştirakçının qatıldığı mötəbər
yarışda iştirakçılar 14 idman növü üzrə mübarizə aparırlar.Bu gün – Spartakiadanın üçüncü günündə daha üç idman
növü – voleybol, şahmat və stritbol üzrə yarışlara start verilib.Xatırladaq ki, artıq atletika, üzgüçülük və futtennis
idman növləri üzrə yarışlar başa çatıb, mini-futbol isə davam edir.Qeyd edək ki, oktyabrın 18-də dama yarışlarına start
veriləcək.