Portuqaliyanın paytaxtı
Lissabonda güllə atıcılığı üzrə Avropa kubokunun final yarışları keçirilib.Mötəbər turnirdə 25 metr məsafəyə
kiçik çaplı tapançadan atəşaçma yarışlarında ölkəmizi “Neftçi İdman Klubu”nun
yetirməsi Ruslan Lunyov təmsil edib. IV İslam Həmrəyliyi Oyunlarının beşqat
çempionu final yarışlarında uğurla çıxış edərək ayrı-ayrı növlər üzrə 581 xalla
qızıl və 573 xalla gümüş medala sahib olub.Xatırladaq ki, dünya
çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 582
xalla beşinci olmuş idmançımız bu nəticə ilə “Tokio-2020”yə lisenziya qazana
bilməsə də, dünya reytinqində xeyli irəliləyərək 93-cü pillədən 10-cu yerə
yüksəlib. Həm 10, həm də 25 metr məsafələrə atəşaçma üzrə dünya reytinqindəki
nəticələri onun gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirakına
imkan verir.Qeyd edək ki, bu ilin sonunda
dünya reytinqində ilk 24-lükdə qərarlaşan atıcılar “Minsk-2019”da iştirak edə
biləcəklər.