“Neftçi
İdman Klubu”nun cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək tarixi
uğura imza atıb. Olimpiadanın cüdo
yarışlarında ölkəmizi 66 kiloqram çəki dərəcəsində təmsil edən idmançımız yəmənli
Əhəd Əl-Saqheera, tacikistanlı Camşed Sulaimoni və dominikanlı Antonio
Tornalanı məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısı Abrek
Naquçev üzərində inamlı qələbə qazanan Vüqar Talıbov Olimpiya Oyunlarının qızıl
medalına sahib olub.Xatırladaq
ki, 206 ölkədən 4 mindən çox idmançının qatıldığı Yeniyetmələrin III Yay
Olimpiya Oyunlarında Azərbaycan 17 idmançı ilə təmsil olunur. İdmançılarımız
gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü
tennis idman növlərində mübarizə aparacaqlar.