Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
“Neftçi” İdman Klubunun cüdoçusu, Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olmuş Hidayət Heydərov 590 xalla ilk pillədə qərarlaşıb. Sıralamaya uyğun olaraq, klubumuzun digər cüdoçuları Elcan Hacıyev (320 xal), Balabəy Ağayev (310 xal), Yaşar Nəcəfov (300 xal), Leyla Əliyeva (290 xal) və Zelim Tçkayev (280 xal) də ilk onluqda yer alıblar.