Polşanın
Mlava şəhərində xüsusi qrup insanlar arasında keçirilən 64 xanalı dama üzrə
dünya çempionatına yekun vurulub.”Neftçi
İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta
Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb.
İdmançımız İsveçrə sistemi ilə keçirilən mötəbər turnirdə 7 tura 13 xal
toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib
olub.