İstanbulda
yeniyetmələr arasında keçirilən “Türk dünyası ulduzlarının stolüstü tennis
liqası” başa çatıb. Azərbaycan, Türkiyə, Özbəkistan və Şimali Kiprdən
tennisçilərin iştirak etdiyi liqa oyunlarının sonuncu iki günündə komanda və
şəxsi yarışlar keçirilib. Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi
məqsədi ilə komanda oyunlarında yığmaların tərkibi müxtəlif ölkələrin
idmançılarından ibarət olub.”Neftçi
İdman Klubu”nun tennisçisi Zemfira Mikayılovanın təmsil olunduğu yığma komanda yarışlarında üçüncü yeri tutub.Yeniyetmə idmançımız
qızların şəxsi mübarizəsində də bürünc medala sahib olub.