Xorvatiyanın
paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. 78
ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qalib adı uğrunda mübarizə apardığı
beynəlxalq turnirdə Azərbaycan millisi 11 cüdoçu (10 kişi, 1 qadın) ilə təmsil
olunub.”Neftçi
İdman Klubu”nun yığma komandamızın
heyətində yer alan cüdoçusu Məmmədli Mehdiyev (90 kq) yarışın bürünc medalını
qazanıb.Qeyd edək ki, turnirin ikinci günündə klubumuzun daha bir yetirməsi Rüstəm Orucov (73 kq) da bürünc medala layiq görülmüşdü.