Çexiyanın
paytaxtı Praqa şəhərində gənc cüdoçuların Avropa kuboku yarışına yekun vurulub.
39 ölkədən 430 cüdoçunun (280 oğlan, 150 qız) qatıldığı mötəbər turnirdə
Azərbaycan millisi 17 idmançı (12 oğlan, 5 qız) ilə təmsil olunub.”Neftçi
İdman Klubu”nun yığma komandamızın heyətində yer almış cüdoçusu, 55 kiloqram
çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qitə turnirində uğurla çıxış
edib. Belə ki, finala qədər maneəsiz irəliləyən gənc idmançımız yalnız
həlledici görüşdə məğlubiyyət acısı yaşayıb və Avropa kuboku yarışının gümüş
medalına layiq görülüb.Qeyd edək ki, milli komandamız
yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında
ikinci yeri tutub.