“Neftçi
İdman Klubu” İctimai Birliyi həmişə olduğu kimi, bu il də böyük uğurlara imza
ataraq, öncüllüyünü qorumaqdadır. Belə ki, idmançılarımız ilin ilk yarısında əldə
etdikləri medalların sayına görə yenə də liderliyi əldən verməyiblər. Klubun
yetirmələri ilin ilk altı ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli
yarışlarda əzmlə mübarizə apararaq, 205-i qızıl, 189-u gümüş və 279-u bürünc
olmaqla, ümumilikdə 673 medala yiyələniblər. Təmsilçilərimiz dünya yarışlarında
16 (4 qızıl, 5 gümüş, 7 bürünc), Avropa yarışlarında 33 (11 qızıl, 9 gümüş, 13
bürünc), beynəlxalq turnirlərdə isə 51 medal (13 qızıl, 18 gümüş, 20 bürünc)
qazanıblar. Respublika səviyyəli yarışlarda 229 dəfə fəxri kürsüyə qalxan
atletlərimiz (75 qızıl, 64 gümüş, 90 bürünc) paytaxt yarışlarında 198 (62
qızıl, 50 gümüş, 86 bürünc), digər yarışlarda isə 146 medala (40 qızıl, 43 gümüş, 63 bürünc) sahib olublar.