Qazaxıstanın
Astana şəhərində keçirilən sambo üzrə
dünya kubokuna yekun vurulub.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış təmsilçilərindən üçü
mötəbər turnirin medalını qazanıb. Samboçularımızdan 52 kiloqram çəki
dərəcəsində mübarizə aparan Ağasif Səmədov yalnız final görüşündə məğlub olub
və gümüş medala layiq görülüb. Cavidan Qarayev (62 kq) və Samir Kərimov (74 kq)
isə yarışı 3-cü yerdə başa vurublar.