Bakı
Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub. Çempionatda 48 idmançı
pnevmatik tapançadan, 19-u isə tüfəngdən
atəşaçma yarışlarında mübarizə aparıblar.”Neftçi
İdman Klubu”nun təmşilçiləri ölkə çempionatını 4 medalla başa vurublar. Qadınların
pnevmatik tapançadan atəşaçma yarışında Lalə Mirzəzadə 550 xalla gümüş medala
layiq görülüb. Zeynəb Abbasova isə 547 xallıq nəticə ilə bürünc medal qazanıb. Kişilərin mübarizəsində
Rəsul Məmmədov 574 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan
Lunyov (560 xal) isə üçüncü yeri tutub.