Portuqaliyanın
Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları
keçirilib.İyirmi səkkiz
ölkədən 416 idmançının (241 oğlan, 175 qız) mübarizə apardığı turnirdə
Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.”Neftçi
İdman Klubu”nun yığma komandanın heyətində yer almış yetirmələri mötəbər turnirdə böyük uğura imza atıblar. Belə ki, yeniyetmə
cüdoçularımız əzmkarlıq nümayiş
etdirərək yarışın 4 medalına yiyələniblər. İdmançılarımızdan 66 kiloqram
çəki dərəcəsində olkəmizi təmsil edən Vüqar Talıbov bütün rəqiblərinə qalib
gələrək Avropa kubokuna sahib olub. Yalnız finalda məğlub olan Şükran Zamanlı (50 kq) gümüş medala layiq
görülüb. Aytac Qardaşxanlı (48 kq) və İbrahim Ağakişiyev (81 kq) isə turniri
üçüncü pillədə başa vurublar.