Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə 2007-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında
keçirilən 16-cı “Sabahın ulduzları” paytaxt çempionatına yekun vurulub.Bakı Futbol
Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə “Neftçi İdman Klubu”nun komandası böyük əzmkarlıq nümayiş etdirərək
çempion adını qazanıb.Tural Kərimovun yetirmələrindən Məhəmməd Əliyev “turnirin
bombardiri”, Əli Əliyev “ən yaxşı
yarımmüdafiəçi”, İlqar Məmmədov isə “ən yaxşı müdafiəçi” nominasiyasının qalibi olub.Bu
gün klubun inzibati binasının akt zalında mükafatlar komanda üzvlərinə təqdim
olunub.