Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı davam
edir.”Neftçi
İdman Klubu”nun yunan-Roma güləşçisi
Rəsul Çunayev (72 kq) yarışda inamla mübarizə apararaq finala qədər irəliləyib. Lakin
həlledici görüşdə Rusiya təmsilçisi Adam Kuraka məğlub olan idmançımız qitə çempionatının gümüş medalına sahib olub. 77 kiloqram
çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyev isə bürünc medala layiq görülüb.