Respublika
Şahmat Mərkəzində 64 xanalı dama üzrə qadınlar arasında Azərbaycan çempionatına
yekun vurulub.”Neftçi
İdman Klubu”nun yetirmələri, idman ustalığına namizədlər Leyli Sadıxlı və Ülkər
Babanlı yarışda uğurla çıxış edərək 7 oyundan hərəyə 12
xal toplayıblar. Çempionatın reqlamentinə əsasən, onların arasında dörd oyunluq
matç keçirilib. Bu seriyada dalbadal iki dəfə qələbə qazanan (həm ağ, həm də
qara daşlarla) Ülkər Babanlı qadınlar arasında Azərbaycan çempionu adını
qazanıb.Xatırladaq
ki, keçən il qadınlar arasında respublika çempionatını 2-ci yerdə başa vurmuş
Ülkər Babanlı, 2014-cü ildə 10 yaşa qədər qızlar arasında Avropa çempionu
olmuş, bu il Bolqarıstanın Kranevo şəhərində keçirilən dünya birinciliyində isə
bürünc medal qazanmışdı.