Türkiyənin Antalya
şəhərində keçirilən cüdo üzrə IBSA dünya kuboku yarışlarına yekun vurulub.Paralimpiyaçı
cüdoçulardan ibarət yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib
olublar.Sevindirici haldır
ki, ölkəmizə medal qazandıran paracüdoçuların hamısı “Neftçi İdman Klubu”nun
təmsilçiləridir. Onlardan 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn
Rəhimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə
məğlub olan Sevda Vəliyeva (52 kq) gümüş medala layiq görülüb. Səbinə
Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham
Zəkiyev (+100 kq) isə turniri üçüncü
yerdə başa vurublar.Qeyd edək
ki, millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi İdman Klubu”nun dəstəyi ilə çıxış
edib.