“Neftçi İdman Klubu” İctimai Birliyi neft, qaz
və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvlərinin
sağlamlıqlarının qorunmasını özünün prioritet məsələlərindən hesab edir. Klubumuz
ilboyu onlar arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil edir və
onların asudə vaxtlarının səmərəli keçməsinə yardımçı olur.Aprelin 18-də qurum tərəfindən neft, qaz və kimya sənayesinin işçiləri və
digər təşkilatlar arasında növbəti – səmti müəyyən etmə üzrə ilin ilk açıq
turizm yarışı keçirildi. Suraxanı rayonunun Zığ qəsəbəsindəki zeytun bağlarında
keçirilən turnirdə N.Nərimanov adına NQÇİ, Qaz Anbarlarının İstismarı İdarəsi, Heydər
Əliyev adına Neft Emalı Zavodu, “Abşeronneft” NQÇİ, “Qaz İxrac”
İdarəsi, “28 May” NQÇİ, “Azərkimya” İstehsalat Birliyi, “Neftqazelmitədqiqatlayihə”
İnstitutu, Karbamid Zavodu, Əli Əmirov adına NQÇİ, Hacı Zeynalabdin
Tağıyev adına NQÇİ və “Bibiheybətneft”
NQÇİ komandalarının tərkibində 78 iştirakçı
mübarizə aparırdı.Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən
etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma
vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və
təbliğ etmək, eləcə də “Neftçi İdman Klubu”nun yığma komandasının
üzvlərini müəyyən etmək idi.İlk öncə “Neftçi İdman Klubu”nun kütləvi bədən
tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, bütün yarış iştirakçılarına
və hakimlərə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salamlarını və ən xoş arzularını çatdırdı. O, yarışa müxtəlif sahələrdən insanların qatılmasından
məmnunluğunu ifadə etdi. Klub rəsmisi ölkəmizdə idman və Olimpiya Hərəkatına
göstərilən dövlət qayğısından söhbət açaraq, respublikamızda vətəndaşların
sağlamlığına ayrılan diqqəti xüsusi vurğuladı. Natiq çıxışının sonunda bütün
yarış iştirakçılarına uğurlar dilədi.Sonra baş hakim Nataliya Əliyeva yarış və
onun keçirilmə qaydaları haqda iştirakçılara məlumat verdi. Meşə zolağında
kişilər üçün 13, qadınlar üçün isə 11 nəzarət məntəqəsi təyin olunmuşdu. Marşrutun
uzunluğu kişilər arasında 3100 metr, qadınlarda isə 2900
metr təşkil edirdi.İştirakçılar yarışda həm şəxsi, həm də komanda
hesabında mübarizə aparırdılar. Kişilər arasında Yuri Çernov (“Dağçılıq” İdman
Klubu) liderliyə yüksəldi. Ramin Əliyev 2-ci, Vladislav Tuzov (hər ikisi “Neftçi İdman
Klubu”) isə 3-cü oldu. Qadınların şəxsi yarışında Oksana Lyalyakina (“Dağçılıq”
İdman Klubu) finişə ən tez çatan iştirakçı oldu. Nataliya Şiyanova (“Dağçılıq”
İdman Klubu) 2-ci, Tatyana Qəniyeva (“Neftçi İdman Klubu”)
isə 3-cü pillədə qərarlaşdı.Komanda
yarışlarında Heydər Əliyev adına Neft Emalı Zavodu qalib adını qazandı. Nəriman
Nərimanov adına Neftqazçıxarma İdarəsi 2-ci,
“Azərkimya” İstehsalat Birliyinin komandası isə 3-cü yeri tutdu.Ümumi komanda hesabında və şəxsi yarışlarda
(kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılar
“Neftçi İdman Klubu”nun diplom və xatirə hədiyyələri ilə
mükafatlandırıldılar.