Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə sərbəst,
yunan-Roma və qadın güləşi üzrə 22-ci
beynəlxalq turnir keçirilib. Yarışda 37 ölkədən 500-ə qədər idmançı qalib adı uğrunda mübarizəyə
qoşulub.”Neftçi İdman Klubu”nun Azərbaycan yığmasının heyətində yer almış pəhləvanlarından
üçü turnirin mükafatına sahib olub. Yunan-Roma
güləşçilərimizdən 87 kiloqram çəki dərəcəsində
ölkəmizi təmsil edən İslam Abbasov
finala qədər inamla irəliləyib. Yalnız həlledici görüşdə məğlubiyyətə
uğrayan idmançımız gümüş medala layiq
görülüb. Elvin Mürsəliyev (82 kq) isə üçüncü pillədə qərarlaşıb.Sərbəst güləşçilərin yarışında
klubumuzun yetirməsi, üçqat dünya çempionu Hacı Əliyev (65 kq) finala yüksəlsə də, sonda beynəlxalq turnirin gümüş medalı ilə kifayətlənməli
olub.