Gənclər arasında güllə
atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilib.Bakı Atıcılıq Mərkəzində
təşkil olunan yarışda klubumuzun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər.
Pnevmatik tapançadan atəşaçma yarışlarında (PTÇ-3) güllə atıcılarımızdan İmran
Qasımov 563 xal toplayaraq liderliyə yüksəlib. Vladislav Kalmıkov (534 xal) 2-
ci, Tamerlan Əliyev (529 xal) isə 3-cü yeri tutub.Xanım idmançılarımızdan
(PTÇ-2) Zeynəb Abbasova 523 xalla gümüş medala layiq görülüb. Fatimə Rzayeva (502 xal) isə paytaxt birinciliyini bürünc medalla başa
vurub.