Yeniyetmə
boksçular arasında açıq Bakı birinciliyinə yekun vurulub. Boks Mərkəzində
keçirilən yarışa 38 komandadan 150-yə yaxın idmançı qatılıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri 14 çəki dərəcəsi üzrə təşkil olunan paytaxt
birinciliyinin 9 medalına (1 qızıl, 3 gümüş, 5 bürünc) sahib olublar. Böyük əzmlə
mübarizə aparan boksçularımızdan bütün döyüşlərdə nokautla qələbə qazanan Fərid Qarayev (60
kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final
qarşılaşmasında məğlub olan Xudu Suanverdiyev (50 kq), Mirabbas Şavruqulu (52
kq) vəElgün Sultanov (54 kq)gümüş medala layiq görülüblər. Fərid Quliyev (44 kq), Aqil İsmayıl (66 kq),
Rəmiş Cəfərov (70 kq), Yohanes Nuriyev (80 kq) və Nazim Məmmədov (+80 kq) isə bürünc
medalla kifayətlənməli olublar.Qeyd edək
ki, yeniyetmə boksçularımız komanda hesabında üçüncü yeri tutublar.