Bakı
İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan ölkə
çempionatı başa çatıb. Yarışın sonuncu günündə kişilər arasında iki çəki dərəcəsində,
eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qaliblərin
adına aydınlıq gəlib.”Neftçi İdman Klubu”nun cüdoçularından 100 kiloqramdan yuxarı çəki dərəcəsində
mübarizə aparan Şahin Qəhrəmanov bütün qarşılaşmalardan qalib ayrılaraq
çempionatın qalibi adını qazanıb. Eyni çəkidə
çıxış edən Musa Çəkərəliyev isə üçüncü yeri tutub.Xatırladaq
ki, yarışın əvvəlki günlərində idmançılarımız daha 18 medala sahib olmuşdular.Qeyd edək
ki, cüdoçularımız ümumi komanda hesabında birinci yeri tutublar.Klubumuzu
təmsil edən usta cüdoçular arasında M1-M2 yaş qrupunda Vüqar Babayev (66 kq) və
Rafael Şahverdiyev (+100 kq) respublika çempionu olublar. İbrahim Quliyevlə Rəşad
Fərziyev (hər ikisi 90 kq) isə bürünc medala yiyələniblər. M3-M4 yaş qrupunda
Rüfət İsmayılov (81 kq) liderliyə yüksəlib. Mehman Məmmədov (100 kq) isə 3-cü
pillədə qərarlaşıb. Maqsud Matanov (73 kq) və Elçin İsmayılov (81 kq) isə M5-M6 yaş qrupunda qızıl medala layiq
görülüblər.