“Sərhədçi”
İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı
çempionatına start verilib. Yarışda 24 komandanın heyətində 219 kişi və 23
qadın cüdoçu qüvvəsini sınayır. Çempionatın ilk günü qadınlarda bütün çəki dərəcələrində
(48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq), kişilər arasında isə 60 və
66 kiloqram çəkidə qaliblər müəyyənləşib.”Neftçi
İdman Klubu”nun təmsilçiləri çempionatın birinci günündə 7 medala (3
qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar. Xanım cüdoçularımızdan Şəfəq Məmmədova
(52 kq) və Buyankşinq Purevsuren (57 kq) rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. 63 kq çəki dərəcəsində mübarizə aparan İçinkorlo
Munktsedef və Laiqə Rəhimova (70 kq) gümüş, Erdenebat Bazarraqça (52 kq) isə
bürünc medala layiq görülüb.Kişilər
arasında keçirilən yarışda Balabəy Ağayev (60 kq) bütün görüşlərdən qalib ayrılaraq
paytaxt çempionatının qalibi adını qazanıb. Davud Məmmədsoy (66 kq) isə yarışı
3-cü yerdə başa vurub.Qeyd edək
ki, cüdo üzrə Bakı çempionatına noyabrın 24-də yekun vurulacaq.