Futbol
üzrə Azərbaycan çempionatının I Divizionunda X turun oyunları keçirilib.”Qaradağ
Lökbatan” Qaradağ Təlim-İdman Bazasının stadionunda MOİK-lə üz-üzə gəlib. Turnir
cədvəlinin ikinci pilləsində qərarlaşan rəqiblə oyun gərgin mübarizə şəraitində
keçib. Qarşılaşmanın 19-cu dəqiqəsində Əliqulu Manafov matçın ilk qoluna imza
atıb. Birinci hissə elə bu hesabla da yekunlaşıb. Fasilədən sonra tərəflər
qarşılıqlı hücumlarını davam etdiriblər. 52-ci dəqiqədə Sabir Allahquliyev
komandamızın ikinci qolunu vurmağa müvəffəq olub. Cəmi dörd dəqiqə sonra MOİK
İsmayıl İbrahimlinin ifasında vurulan qollardan birinin əvəzini çıxıb – 2:1. Ancaq
rəqibin bundan artığına gücü çatmayıb. Beləliklə, oyun “Qaradağ
Lökbatan”ın 2:1 hesablı qələbəsi ilə sona yetib.Qeyd edək ki, komandamız xallarının sayını 26-ya
çatdırıb və turnir cədvəlindəki ən yaxın izləyicisi MOİK-lə xal fərqini 9-a
yüksəldərək liderliyini bir qədər də möhkəmləndirib.