“Sərhədçi”
İdman Olimpiya Mərkəzində cüdo üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan
birinciliyi başa çatıb. Yarışda 70 komandadan 565 idmançı qalib adı uğrunda
mübarizə aparıb.Ölkə
birinciliyinin sonuncu günündə 119 cüdoçu tatami üzərinə çıxıb və 73 kq, 81 kq,
90 kq, +90 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.”Neftçi
İdman Klubu”nun yetirmələri yarışın sonuncu günü daha iki medala yiyələniblər.
81 kiloqram çəkidə çıxış edən İbrahim Ağakişiyev bütün görüşləri qələbə ilə
başa vuraraq respublika çempionu olub. Seymur Soltanlı (73 kq) isə bürünc
medala layiq görülüb.Üç gün
davam edən yarışda ümumilikdə 12 medala (4 qızıl, 2 gümüş, 6 bürünc) sahib olan
cüdoçularımız komanda hesabında birinci yeri tutublar.Birincilikdə yüksək nəticə göstərən idmançılara Azərbaycan
Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub.