“Sərhədçi”
İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçuların respublika birinciliyi davam
edir. Yarışın ikinci günü 224 idmançı tatami üzərinə çıxıb və 55 kq, 60 kq, 66
kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşib.Klubumuzun
4 yeniyetmə cüdoçusu medallara layiq görülüb. Onlardan 60 kq çəkidə çıxış edən
Nəriman Mirzəyev böyük əzmlə mübarizə apararaq Azərbaycan çempionu adını
qazanıb. Nadir Zəkəriyyəyev (55 kq), Xəyal Sadıqov və Vüqar Talıbov (hər ikisi
66 kq) isə fəxri kürsünün üçüncü pilləsi ilə kifayətləniblər.