“Sərhədçi”
İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan
birinciliyi davam edir. Yarışda 70 komandanın tərkibində 565 idmançı çempionluq
uğrunda mübarizəyə qoşulub.Birinciliyin
ilk günündə “Neftçi İdman Klubu”nun yetirmələri 8 medala (2 qızıl, 2
gümüş, 4 bürünc) sahib olublar. Oğlanlar arasında 46 kq çəki dərəcəsində qüvvəsini
sınayan Mustafa Budaqov, Şükran Zamanlı və Namiq Mirzəliyev (hər ikisi 50 kq)
bürünc medal qazanıblar.Qızlar
arasında keçirilən yarışlarda Ülviyyə Bayramova (52 kq) və Fəridə Səfərova (57
kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Aytac Qardaşxanlı (48 kq) və Fidan Vəliyeva (63 kq) gümüş medala
layiq görülüblər. 36 kq-da çıxış edən Nigar Səhrabova isə respublika
birinciliyini 3-cü yerdə başa vurub.Qeyd edək ki, yeniyetmə cüdoçuların Azərbaycan
birinciliyinə noyabrın 17-də yekun vurulacaq.