Macarıstanın
paytaxtı Budapeştdə WAKO üzrə keçirilən dünya çempionatı yığma komandamız üçün
gözəl sonluqla bitmişdir.Belə
ki, 64 ölkənin iştirak etdiyi bu yarışda 800-dən çox idmançı birinci olmaq adı
uğrunda əzmlə mübarizəyə qatılmışlar. Bu yarışda Azərbaycan komandası 15
idmançı ilə təmsil olunurdu. Yığma komandamızın tərkibində “Neftçi İdman
Klubu” dörd idmançı ilə iştirak edib və bu çempionatda fərqlənə bilmişlər.54 kq
çəkidə Fu Kontakt və Low Kik versiyasında
çıxış edən Camal Məmmədov və Çingiz Əhmədov dünya çempionatının bürünc medalına
layiq görülmüşlər.Çempionatda
klubumuzun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur
Alıyev “Ən yaxşı hakim” seçilərək “A+”
kateqoriyasına layiq görülmüşdür.Xatırladaq ki, qarşıda kikboksçularımızı daha
bir mühüm sınaq gözləyir. İlin son ayında onlar, Ukraynanın paytaxtı Kiyevdə
qitə çempionatında yenidən güclərini sınamalı olacaqlar.