“Neftçi
İdman Klubu”nun marafonçusu Vidadi Qurbanov növbəti yürüşünü reallaşdırıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94, Milli Olimpiya Komitəsinin
25, ölkə başçısı İlham Əliyevin bu quruma rəhbərlik etməsinin 20 və aprel
döyüşlərinin 1 illiyinə həsr olunmuş “İlhamlı qələbələrlə irəli” şüarı altında
gerçəkləşən çoxgünlük marafon yürüşü noyabrın 4-dən 10-dək davam edib. Bakı-Cocuq Mərcanlı
marşrutu üzrə həyata keçirilən yürüşdə marafonçumuz Bakı-Qaradağ, Qaradağ-Şirvan, Şirvan-Hacıqabul-Sabirabad,
Sabirabad-Saatlı-İmişli, İmişli-Beyləqan, Beyləqan-Horadiz və Horadiz-Cocuq Mərcanlı
(Cəbrayıl rayonu) marşrutu üzrə 310 kilometr məsafəni qət edib.Qeyd edək
ki, bu, beynəlxalq marafon yarışlarının mükafatçısı, fəxri bədən tərbiyəsi və
idman işçisi Vidadi Qurbanovun sayca 27-ci yürüşüdür.