Hövsan
Olimpiya İdman Kompleksində keçirilən yunan-Roma güləşçilərinin paytaxt
çempionatına yekun vurulub.Yarışda “Neftçi İdman Klubu”nun pəhləvanları da
qüvvələrini sınayıblar. Təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc
olmaqla çempionatın 6 medalına sahib olublar. Güləşçilərimizdən 75 kiloqram çəki
dərəcəsində mübarizə aparan Ülvi Qənizadə, Sakit Cəlilov (80 kq) və Elməddin
Ramazanov (85 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Bakı çempionatının
qalibi adını qazanıblar. Yalnız final qarşılaşmasında məğlub olan Arif
Niftullayev (98 kq) gümüş medala layiq görülüb. Elşad Məmmədovla (59 kq) Fikrət
Vəliyev (75 kq) isə yarışı üçüncü yerdə başa vurublar.