Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük
dəbilqə” beynəlxalq turniri sona çatıb. 47 ölkədən 277 idmançının (172 kişi,
105 qadın) qatıldığı yarışda Azərbaycan millisi 11 cüdoçu (8 kişi, 3 qadın) ilə
təmsil olunub.Mötəbər yarışın sonuncu günündə “Neftçi İdman Klubu”nun yığma komandanın
heyətində yer almış daha iki cüdoçusu uğurla çıxış edərək mükafata layiq
görülüb.Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil
edən İrina Kindzerskaya yarımfinalda rusiyalı rəqibi Kseniya Çibisova üzərində
qələbə qazanaraq finala vəsiqəni təmin edib. Xanım cüdoçumuz həlledici görüşdə
Hollandiya idmançısı Tessie Savelkoulsa məğlub olub və gümüş medala yiyələnib.Kişilərin mübarizəsində 90 kq çəkidə çıxış edən klubumuzun yetirməsi
Məmmədəli Mehdiyev isə mötəbər turnirin bürünc medalını qazanıb. İdmançımız üçüncü
yer uğrunda qarşılaşmada rusiyalı Aleksandr Roslyakova qalib gəlib.Bununla da “Neftçi İdman Klubu”nun təmsilçiləri Əbu-Dabi “Böyük dəbilqə”
turnirini iki gümüş və iki bürünc medalla başa vurublar.Xatırladaq ki, turnirin əvvəlki günlərində klubumuzun cüdoçularından Nicat
Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medala sahib
olmuşdu.