“Sərhədçi” Olimpiya İdman Mərkəzində 18 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən paytaxt birinciliyinə yekun vurulub. Yarışda rekord
sayda – 567 cüdoçu mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yetirmələri birinciliyin sonuncu günündə daha 8 medala sahib
olublar. Onlardan 81 kq çəkidə çıxış edən
İbrahim Ağakişiyev bütün görüşləri qələbə ilə başa vuraraq çempion adını
qazanıb. Nurlan Əliyev (66 kq), Seymur Soltanlı və Ülvi Həsənov (hər ikisi 73
kq) isə bürünc medala layiq görülüblər.Qızlar
arasında təşkil olunan yarışda Fəridə Səfərova (57 kq) paytaxt birinciliyinin
qızıl medalına yiyələnib. Nigar Səhrabova (36 kq) ikinci , Əsmər İsgəndərova (52
kq) və Fidan Vəliyeva (63 kq) isə üçüncü yeri tutublar.Qeyd
edək ki, yarışın ilk günündə klubumuzun daha 3 cüdoçusu mükafata layiq yerlər
tutmuşdu.