Oktyabrın 7-8-də Şabranda və Bakıda səmti müəyyən etmə
idman növü üzrə açıq respublika çempionatı keçirilib. 7 komanda tərkibində 235 idmançının qatıldığı yarışda atletlər müxtəlif yaş qrupları üzrə fərdi və komanda
hesabında mübarizə aparıblar. Çempionatın birinci günü idmançılar Şabranda
Qalaaltı meşə massivinin ərazisində yeni çəkilmiş xəritə üzrə orta məsafə,
ikinci gün isə Bakıda – Dənizkənarı Bulvar və İçərişəhər ərazisində sprint növü
üzrə bacarıqlarını nümayiş etdiriblər.Komanda
yarışlarında iki günün ümumi nəticələrinə görə “Neftçi İdman Klubu” qalib adını
qazanıb.Fərdi
yarışlarda klubumuzun yetirmələrindən
Gennadiy Klim sprint yarışlarında qızıl, orta məsafə yarışlarında isə gümüş
medala sahib olub. Orta məsafə yarışlarında Vladislav Tuzov ikinci, Anna
Kamayeva isə üçüncü yeri tutub.