Xəbər
verdiyimiz kimi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə sentyabrın 11-də
startı verilmiş neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasına
yekun vurulub. 31 müəssisədən 1238 iştirakçının qatıldığı Spartakiadada Heydər
Əliyev adına Neft Emalı Zavodu ümumi komanda hesabında qalib adını qazanıb. Neft
Kəmərləri İdarəsi 2-ci, “Neft Daşları” Neftqazçıxarma İdarəsi isə 3-cü yeri
tutub.Bu gün
“Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi
keçirildi. İlk öncə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək
qalibləri qazandıqları qələbələr və qarşıdan gələn neftçilərin peşə bayramı (20
sentyabr – Neftçilər günü) münasibətilə təbrik etdi. O, XXV Spartakiadanın
gedişatından və təntənəli surətdə keçirilən açılış mərasiminin yüksək səviyyədə
təşkil olunmasından geniş söhbət açdı. Spartakiadanın ildən-ilə təkmilləşməsindən
və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən idarəetmə
aparatının rəhbəri bu işdə iştirakçıların da böyük pay sahibi olduqlarını diqqətə
çatdırdı. Bu sahədə daha çox işləmək lazım olduğunu söyləyən natiq neftçilər
arasında keçirilən yarışların sayını daha da artırmağı tövsiyə etdi. O, bütün Spartakiada
iştirakçılarına yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını
bildirdi, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər dilədi və qalibləri
təbrik etdi.Sonra
qaliblərin mükafatlandırılmasına başlanıldı və kuboklar sahiblərinə təqdim
olundu.Tədbirin sonunda çıxış edən nümayəndələr
Spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə “Neftçi İdman Klubu”nun
rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından minnətdarlıqlarını
bildirdilər.